Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dmitri Savelyev: Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir

Dmitri Savelyev: Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir

Dağlıq Qarabağ münaqişəsi zamanında qəbul olunmuş qərarlar əsasında həll olunmalıdır.

Bunu VII Qlobal Bakı Forumunda iştirak edən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev jurnalistlərə deyib.

Deputat xatırladıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarının mərhələli şəkildə qaytarılmasını, daha sonra qaçqınların Qarabağa qayıtmasını və Dağlıq Qarabağın taleyinin müəyyən olunması ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri, “Kazan formulu”, 5+2 prinsipi mövcuddur.

Dmitri Savelyevin sözlərinə görə, Ermənistan rəhbərliyi danışıqları uzatmağa, bu prosesə üçüncü tərəfi, qondarma rejimin nümayəndələrini cəlb etməyə və bununla da danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir: “Hesab edirəm ki, Rusiya öz növbəsində ATƏT Minsk qrupunun həmsədri qismində Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha fəal işləməlidir”.

15 2019 16:20 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin