Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlar formatı ilə bağlı dəfələrlə bəyan edib ki, dəyişikliklər yalnız tərəflərin razılığı əsasında mümkündür: "Bu, təkcə bizim deyil, digər həmsədr ölkələrin də mövqeyidir".

Rusiyanın Moskvada aprelin 5-də keçirilən MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin görüşünün keçirilməsinə təşəbbüs göstəriləcəyi halda onlara meydança verməyə hazır olub-olmadığı barədə suala gəlincə, M.Zaxarova qeyd edib ki, ümumiyyətlə, ölkələr istənilən məsələ ilə bağlı meydança vermək imkanı və ya vasitəçi rolu oynamağa görə Rusiya tərəfinə müraciət edəndə rəsmi Moskva hər zaman bu məsələlərə hörmətlə yanaşır.

 

“Xalq qəzeti”

15 2019 15:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə