Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı-Astara-İran dəmir yolu ikixətli olacaq

Bakı-Astara-İran dəmir yolu ikixətli olacaq

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Bankından Bakı-Astara-İran dövlət sərhədi dəmir yolunun bir hissəsinin rekonstruksiyası üçün kreditin alınması imkanını nəzərdən keçirir. Bunu jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov deyib.

Cavid Qurbanovun sözlərinə görə, rekonstruksiya işləri üçün vəsaitin bir hissəsini dövlət büdcəsindən ayırmaq planlaşdırılır: "Ümumilikdə rekonstruksiya yolun 243 kilometrlik hissəsini əhatə edəcək. Bu işlər nəticəsində dəmir yolu genişləndirilərək  ikixətli yola çevriləcək".

C.Qurbanov əlavə edib ki, Lənkəran rayonu ərazisində Bakı-Astara dəmir yolunun yeni sahəsinin layihələndirilməsi ilə bağlı xarici şirkətlərlə iş aparılır. Layihələndirmə 2019-cu ilin sonunadək başa çatacaq.

 

"Xalq qəzeti”

15 2019 15:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin