Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan cari ildə 129 ölkə ilə ticarət əlaqələri saxlamışdır

Azərbaycan cari ildə 129 ölkə ilə ticarət əlaqələri saxlamışdır

2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 69 ölkəyə məhsul ixrac olunmuş, 126 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2 milyard 504,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1 milyard 482,2 milyon dollar, idxalın dəyəri 1 milyard 022,7 milyon dollar təşkil etmiş, nəticədə 459,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz, o cümlədən idxal 48,3 faiz artmışdır. Real ifadədə dövriyyə 5,9 faiz, o cümlədən idxal 17,7 faiz, ixrac 0,7 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 34,7 faizini İtaliyaya, 10 faizini Türkiyəyə, 7,9 faizini Portuqaliyaya, 6 faizini İsrailə, 5,5 faizini Çexiyaya, 4,8 faizini Hindistana, 4,5 faizini Vyetnama, 3,9 faizini Gürcüstana, 3,8 faizini Rusiyaya, 3,5 faizini Tailanda, 3 faizini Ukraynaya, hər biri 2,9 faiz olmaqla Birləşmiş Krallıq və Yunanıstana, 2,7 faizini Almaniyaya, qalan 3,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 11,8 faizi Rusiya, 9 faizi Türkiyə, 8,6 faizi Çin, 7,9 faizi Avstraliya, 7,7 faizi İran, 6,2 faizi ABŞ, 4,6 faizi Belarus, 4,4 faizi Almaniya, 4,2 faizi Norveç, 3,6 faizi Kanada, 3,5 faizi Ukrayna, 3,2 faizi Yaponiya, 25,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2019-cu ilin yanvar ayında ölkədən 137,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 12,1 faiz, real ifadədə isə 4,4 faiz çoxdur.

2019-cu ilin yanvar ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,4 faiz, təzə tərəvəz – 1,8 dəfə, tütün – 21,6 faiz, şəkər – 2,4 dəfə, çay – 1,9 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 20,5 faiz, kartof – 24,5 faiz, pambıq lifi – 2,0 dəfə, emal olunmamış alüminium – 19,2 faiz, bentonit gili – 18,8 faiz artmışdır. 

2018-ci ilin yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında xam şəkər və şəkər idxalı 2,7 dəfə, siqaret – 19,5 faiz, bitki yağları – 52,8 faiz, kartof – 42,3 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 19,2 faiz, təzə tərəvəz – 21,6 faiz artmış, buğda idxalı isə 9,8 faiz, təzə meyvə – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 14,6 faiz, çay – 33,7 faiz azalmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

15 2019 14:49 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin