Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BP-nin vitse-prezidenti ADNSU tələbələrinə təlim keçib

BP-nin vitse-prezidenti ADNSU tələbələrinə təlim keçib

BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün təlim keçmək məqsədilə universitetdə olub. Tələbələrlə görüşdən əvvəl ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqla görüşərək tələbələrlə belə görüşlərin və təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov ADNSU-nun məzunu olduğunu və doğma ali məktəbdə olmaqdan məmnun olduğunu qeyd edib. Sonra qonaqlar ADNSU-da yeni istifadəyə verilmiş Azİİ Elektron Kitab Evində olublar. Burada onlara Azİİ Elektron Kitab Evinə daxil olmuş yeni nəşrlər, o cümlədən BP şirkətinin universitetə təqdim etdiyi kitablar nümayiş olunub, tələbələrin bu kitablardan həvəslə istifadə etdikləri haqda məlumat verilib. Qonaqlar Azİİ Elektron Kitab Evinin müasir standartlara uyğun şəkildə rəqəmsal və innovativ texnologiyaların tətbiqi ilə fəaliyyət göstərdiyindən məmnuniyyətlərini ifadə ediblər və gələcəkdə də universitetin zəruri ədəbiyyatla təmin olunmasına töhfə verəcəklərini qeyd ediblər. Sonra BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov tələbələr üçün təlim keçib.         

“BP-nin biznes fəaliyyəti haqqında silsilə mühazirələr” çərçivəsində gerçəkləşən bu dəfəki təlimin mövzusu “Neft və qaz sektorunda texnologiya, modernizasiya və transformasiya” olub. İngilis dilində keçirilən təlimdə universitetin “Geoloji Kəşfiyyat”, “Neft-Qaz Mədən”, “Kimya-Texnologiya” və digər fakültələrinin ingilis dilində tədris alan tələbələri və müəllimlər iştirak edib. Təlim zamanı dünya üzrə ən böyük neft-qaz yataqlarında istifadə olunan ən son texnologiyaların Azərbaycanda tətbiqi və inkişafı barədə ətraflı məlumat verilib, tələbələrə video çarx  təqdim olunub. Eyni zamanda, vitse-prezident Elxan Məmmədov BP-nin gələcək fəaliyyəti, neft-qaz sektorunun dünya standartlarına uyğun olaraq təkmilləşdirilməsi və fundamental transformasiyası üçün şirkətin missiyası haqqında danışıb. Bundan əlavə, tələbələrə təmiz enerji təminatı üçün hazırda neft-qaz yataqlarında tətbiq olunan yeni texnoloji avadanlıqlar haqqında maraqlı məlumatlar verilib. Təlimdə iştirak edən təbələr mövzu ilə bağlı onları maraqlandıran suallarını səsləndiriblər. İnteraktiv şəkildə davam edən təlimdə BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov neft-qaz sənayesində çalışmaq və uğurlu olmaq üçün tələbələrə məsləhətlər verib.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

15 2019 14:47 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə