Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı artmışdır

Yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı artmışdır

2019-cu ilin yanvar-fevral aylarında ölkədə 11 milyard 484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1163,8 manata bərabər olmuşdur.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

15 2019 13:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2019 | 16:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə