Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda peşə standartları ilə bağlı seminar keçirilir

Azərbaycanda peşə standartları ilə bağlı seminar keçirilir

Kadr hazırlığı sisteminin əmək bazarında ixtisas bilikləri və bacarıqlarına olan tələblərlə uyğunluğunun təmin edilməsi aparılan islahatların mühüm bir istiqamətini təşkil edir. Peşə standartlarının tətbiqi isə əmək bazarında həmin tələblərlə bağlı institutlaşmış informasiya bazası formalaşdıracaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar nazirliklə Avropa Təlim Fondunun (ATF) birgə təşkil etdiyi “Azərbaycanda peşə və kvalifikasiya standartlarının inkişafı və tətbiqi: maraqlı tərəflər üçün praktiki təlimatın hazırlanması” mövzusunda seminarın açılışı zamanı bildirib.

Nazir müavini diqqətə çatdırıb ki, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsində, təhsil proqramlarının (kurikulumların) hazırlanmasında, qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınmasında, qeyri-formal məşğulluqla mübarizədə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi xüsusi önəm kəsb edir. “Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihələri hazırlanıb. Həmin layihələr müvafiq qurumların rəyləri nəzərə alınaraq təkmilləşdirilib və yaxın vaxtlarda təsdiq edilməsi məqsədilə hökümətə təqdim olunacaq.

Seminar aidiyyəti qurumların, işəgötürənlərin nümayəndələrinin və digər maraqlı tərəflərin, beynəlxalq ekspertlərin iştirakı ilə peşə və kvalifikasiya standartlarının hazırlanması üzrə yeni mexanizmin müzakirəsi, istifadəçilər üçün müvafiq təlimat kitabçasının razılaşdırılması məqsədinə yönəlib. Tədbirin gündəliyinə Türkiyə və Estoniyadan gəlmiş ekspertlərin bu sahədə öz ölkələrinin təcrübələrini bölüşməsi də daxil

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 12:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə