Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSU-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüş keçirilib

BSU-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüş keçirilib

Bakı Slavyan Universtetində (BSU) Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda maarifləndirici tədbir geçirilib. Tədbirdə Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşları Zəhra Quliyeva, Babək Məmmədov, Ceyhun İbrahimov, Tural Məmmədov, İdris Cəfərli, Kamran Babayev  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva  onun mühüm bir məsələyə, dövlətimizin təhlükəsizliyinə həsr olunduğunu bildirib. O, DTX-nin 100 illik yubileyi ərəfəsində  belə bir tədbirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. BSU rektoru ölkəmizin bugünkü uğurlu inkişafında, sabitliyin, əmin-amanlığın təmin olunmasında təhlükəsizlik xidməti orqanlarının böyük rolunu , onun təcrübəli əməkdaşlarının xüsusi əməyini minnətdarlıqla qeyd edib. O, dövlət təhlükəsizlik orqanlarının gənclərlə yüksək münasibətinin formalaşmasının ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin, ölkə Prezidenti İlham Əliyevin gənclərə qayğısının bariz nümunəsi olduğunu  bildirib. N.Əliyeva dövlət başçısının gənclərlə bağlı son vaxtlar verdiyi sərəncam və fərmanların gənclərin həyat şəraitində və məişətində ciddi dəyişiklərə səbəb olmağa başladığını deyib. N.Əliyeva 2016-cı ildə baş tutan Aprel döyüşlərində belə bir şücaət və qəhrəmanlığa şahidi olduğumuzu, qısa müddət ərzində əsgərlərimizin  erməni qəsbkarlarını  necə vahiməyə saldıqlarını gənclərə xatırladıb. Rektor Azərbaycanın dövlət rəhbərliyinin  Qarabağ problemini sülh yolu ilə, beynəlxalq ictimaiyyətin təsiri ilə həll etmək niyyətində  olduğunu gənclərin diqqətinə çatdırıb.  Nurlana Əliyeva bu gün gənclərimizin qarşısında duran əsas məsələnin yüksək savada yiyələnmək, xarici dilləri mükəmməl öyrənmək olduğunu bildirib.

Sonra söz  DTX-nin nümayəndəsi Tural Məmmədova verilib. T.Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib. O, xüsusi xidmət orqanlarının tarixindən, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətindən söz açıb.

Tədbirin davamında tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2019 11:54 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə