Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri “Günün nəbzi” televiziya proqramının qonağı olub

Mədəniyyət naziri “Günün nəbzi” televiziya proqramının qonağı olub

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Televiziyasında “Günün nəbzi” proqramının qonağı olub.Verilişdə matın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, eləcə də mədəniyyət sahəsində aparılan islahatlar müzakirə olunub. Proqramda həmin görüşdə qaldırılan məsələlər, irəli sürülən təkliflər və mövcud problemlərin aradan qaldırılması istiqamətində atılan addımlardan danışılıb.

Nazir bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü cəmiyyətdə böyük əks-səda doğurub. Görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib, bəzi məsələlər operativ həll olunub.

Qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin mənzil şəraitinin, sosial durumunun yaxşılaşdırılması, onlara fəxri adların verilməsi və digər bu kimi məsələlər daim diqqətdə saxlanılır. Həmçinin ölkə başçısının sərəncamı ilə minimum əmək haqqının artırılması nəticəsində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylər, kitabxanalar, klublar və digər mədəniyyət müəssisələrində çalışan işçilərin də əmək haqqının artırılması təmin olunub.

Nazir bildirilib ki, mədəniyyət və incəsənət xadimləri ilə görüşdən sonra Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlar mədəniyyət sahəsinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Vurğulanıb ki, ölkə başçısının sərəncamında qeyd olunan milli kinematoqrafiyanın inkişaf konsepsiyası layihəsi ilə bağlı iş aparılır. Nazir həmçinin son illər çəkilən filmlərin beynəlxalq festivallarda ölkəmizi layiqincə təbliğ etdiyini də diqqətə çatdırıb.

Əbülfəs Qarayev deyib ki, ölkə başçısı mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərir. Artıq bir neçə ildir ki, mədəniyyət sahəsində həyata keçirilən sistemli islahatlar bunu bir daha sübut edir. Dövlət başçısının mədəniyyət sahəsində islahatların sistemli şəkildə həyata keçirilməsini qarşıya məqsəd qoyduğunu diqqətə çatdıran nazir aparılan islahatlarda insan amilinin əsas götürüləcəyini deyib. Qeyd olunub ki, islahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Başlıca məqsəd mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkilidir.

Ə. Qarayev sonda bir daha vurğulayıb ki, mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, görüşlər, islahatlar ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafına, göstərilən mədəni xidmətlərin səviyyəsinin daha da artırılmasını təmin edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2019 11:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə