Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sənətkarlıq məhəlləsi”

“Sənətkarlıq məhəlləsi”

Martın 21-22 tarixlərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızın ən qədim milli bayramı olan Novruz münasibətilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Sənətkarlıq məhəlləsi - 2019" adlı festival keçirəcək.

Tədbirdə müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcək. Bayram tonqalının yandırılması, zorxana oyunları, türk döyüş növlərinin nümayişi, xınayaxdı və "face art" mərasimlərinin təşkili, "Pozitiv kids" studiyasında uşaqlar üçün əyləncəli oyunlar, bəzək əşyalarının hazırlanma prosesi, ətirli çay dəstgahı, ləzzətli səməni halvası və s. kimi milli mətbəx nümunələrimizin təqdimatı iştirakçıları əsl nağıllar aləminə apararaq Qala qoruğunun tarixi ab-havasında keçmişə qaytaracaq.

Festival günlərində şəhərimizin sakinləri və əcnəbi qonaqların şənlikdə rahat iştirakını təmin etmək məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”

15 2019 11:46 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin