Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Forumda qlobal siyasətin mühüm problemləri müzakirə mövzusudur

Forumda qlobal siyasətin mühüm problemləri müzakirə mövzusudur

VII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə çox sayda nüfuzlu siyasətçilər, elm, mədəniyyət xadimləri gəlmişlər. Onların arasında Norveçin sabiq baş naziri Kjel Magne Bondevik də var. Norveçli qonaq qəzetimizin əməkdaşına forumun əhəmiyyəti barədə demişdir:

– Mən, ilk növbədə tədbirin yüksək səviyyədə təşkil olunmasını qiymətləndirməyi özümə borc bilirəm. Forumda qlobal siyasətin mühüm problemləri müzakirə olunur. Bu, təqdirəlayiq haldır. 
Yeri gəlmişkən, dünən forum çərçivəsində keçirilən panel iclasların birində çıxış etdim. Panel iclası qlobal siyasətin dəyişməsində böyük güclərin: Çin, ABŞ, Rusiya və Avropa İttifaqının rolu məsələsinə həsr olunmuşdu. 
Çıxışımda əvvəlcə öz ölkəmiz barədə danışdım. Bildirdim ki, Norveç sülhsevər ölkədir. Düzdür, bizim ölkə Avropa İttifaqının üzvü deyil, amma dünyada, təmsil olunduğumuz qitədə, eləcə də yaxın ətrafımızda narahat prosesləri diqqətlə izləyirik. Biz ABŞ-da vəziyyətin dəyişdiyini, Çinin iqtisadi inkişafını görürük. Rusiya “soyuq müharibə”dən sonra öz rolunu müəyyənləşdirsə də, onun bir çox ölkələrlə münasibətlərində və daxildə problemləri mövcuddur.
Mən hesab edirəm ki, qarşıdakı illər ərzində heç bir ölkə dünya siyasətində dominant olmayacaq. Fikrimcə, hətta Birləşmiş Ştatlar da dominant olmayacaq. Bununla bərabər, beynəlxalq siyasətdə ABŞ mühüm rol oynamaqda davam etməlidir, geri çəkilməməlidir. Avropa İttifaqı da başqa ölkələrlə münasibətlərdə daha sıx əməkdaşlığa üstünlük verməlidir.
Norveçli qonaq sonda vurğuladı ki, VII Qlobal Bakı Forumu dünyada mühüm beynəlxalq platformaya çevrilir və burada aparılan müzakirələr sülh və təhlükəsizlik işinə müsbət təsir göstərəcək. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti”

 

 

14 2019 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin