Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tofiq Tağızadənin yaradıcılıq otağı”nın açılışı olmuşdur

“Tofiq Tağızadənin yaradıcılıq otağı”nın açılışı olmuşdur

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, ssenari müəllifi və aktyor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı yaradıcılıq otağının açılış mərasimi keçirilmişdir.
Tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və T.Tağızadənin ailə üzvləri iştirak etmişlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında” 24 yanvar 2019-cu il tarixli sərəncam imzalamışdır. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Tədbirlər Planına əsasən, il ərzində Bakıda və ölkənin bölgələrində görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
İkinci dünya müharibəsinin iştirakçısı olan T.Tağızadə əmək fəaliyyətinə 1953-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlayaraq 40 ildən artıq müddət ərzində Azərbaycan kinosunun inkişafına öz töhfəsini vermişdir.
1955-ci ildə çəkdiyi “Görüş” bədii filmi rejissora ilk şöhrət gətirmiş və sonrakı illərdə Tofiq Tağızadə “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Evin kişisi”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər yüksək bədii zövqü ilə seçilən filmlərə quruluş vermişdir.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

14 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə