Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

“Azercell” tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

Fəaliyyəti boyunca daim tələbə gənclərə dəstək olan “Azercell Telekom” MMC növbəti dəfə onlara uğurlu karyera qurmaqda yardımçı olub. 
Şirkət Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib. Əmək bazarında fəaliyyət göstərən aparıcı qurumların və yüzlərlə gəncin qatıldığı sərgidə “Azercell”in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər. 
Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin işlə təmin olunmalarına dəstək göstərmək, onlara müəssisələrdə mövcud iş vakansiyaları ilə yaxından tanış olmaq üçün şərait yaratmaqdır. Daim gənclərin inkişafına yönəldilmiş layihələri ilə seçilən “Azercell” şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

 

“Xalq qəzeti” 

14 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin