Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının Səbail Rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyi AÇIQ TENDER ELAN EDİR

 Bakının Səbail Rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyi AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçirilir.
Lot - 1. Mənzil fondunun əsaslı təmirinin satınalınması.
Lot-2.Abadlaşdırma işlərinin satınalınması.
Lot-3.Mal-materialların satınalınması.
Lot-4.Yumşaq inventarların satınalınması.
Lot-5.Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, Xaqani küçəsi 65 nömrəli ünvandan (əlaqələndirici şəxs- Xanzadə Həsənovadan, 493-55-43, ) ala bilərlər:
İştirak haqqı hər bir lot üçün 150 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Səbail Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyi
VÖEN- 1700188251
H/h- AZ 65 AIIB33010019443500222105
Bank- “Kapital Bank”ın 1 saylı Səbail filialı
M/h- AZ 37 NABZ 01350100000000001944
VÖEN- 9900003611
S.W.İ.F.T. BİK- AİİBAZ 2 x
Kod- 200059
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
* tenderdə iştirak etmək üçün ərizə:
* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
* tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
* tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
* Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
* iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
* müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Tender təklifi və bank zəmanəti 2019-cu il mayın 16-dək təqdim olunmalıdır.
Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 17 may 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

15 2019 02:06 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:04
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə