Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlı Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün əsaslı təmirə lazım olan materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Saatlı Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün əsaslı təmirə lazım olan materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Tikinti materiallarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 (əlli ) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- U.Ə.Umudovdan, telefon- 0-2128-5-20-19 ) ala bilərlər.
Dövlət Xəzinədarlıq Agentliyi
H/h -AZ 11CTRE 00000000000002354501
VÖEN - 6700035821
Fond -7, maddə- 142319
XHK 004061
Kod -210005
VÖEN- 1401555071
M h- AZ41NABZ 01360100000000003944
SWİFT CTRE AZ
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender prosedurunda iştirak üçün iddiaçılar “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı və.s barədə müvafiq sənədlər təqdim etməlidirlər.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 aprel 2019-cu il saat 18.00-a kimi, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 7 may 2019-cu il saat 18.00-a qədər Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 8 may 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

15 2019 02:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:04
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə