Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankara Avropa Parlamentinin qərarını tənqid edib

Ankara Avropa Parlamentinin qərarını tənqid edib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin (AP) Türkiyə üzrə son məruzəsini kəskin tənqid edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, AP-nin məruzəsində Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların dayandırılması tövsiyə olunur. Təhlilçilər bildirirlər ki, qərar sivil, demokratik Avropa dəyərləri ilə ziddiyyət təşkil edir. Yeri gəlmişkən, sənəd Avropa parlamentindəki sağ və sol ifrat  mühafizəkar qüvvələr tərəfindən hazırlanaraq qəbul edilib. 
Türkiyə XİN-nin bu məsələ ilə bağlı rəsmi bəyanatında deyilir: “AP-nin birtərəfli və qeyri-obyektiv qərarını şərh etmək belə mənasızdır. Bu tövsiyə xarakterli qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir”. 
Bəyanatda həmçinin vurğulanır ki, AP-nin Türkiyəyə münasibətdə qərəzli mövqeyi heç də Ankara ilə Aİ arasında münasibətlərin inkişafına, qarşılıqlı anlaşmaya və dialoqa xidmət etmir, əksinə münasibətləri daha da gərginləşdirir.
Türkiyənin hakim Ədalət və İnkişaf ­Partiyasının sözçüsü Ömər Çelik də AP-nin qərarını pisləyib. O bildirib ki, iqtidar partiyası qəbul olunan qərarı dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir sənəd kimi qiymətləndirir. 
Ö.Çelik Avropa Parlamentinin demokratik inkişafa açıq olan və onu dəstəkləyən qərar verməkdən uzaq olduğunu, dünyaya dar pəncərədən baxdığını bildirib.

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

14 2019 21:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə