Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ Türkiyəyə 1,5 milyard avro ödəyəcək

Aİ Türkiyəyə 1,5 milyard avro ödəyəcək

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Türkiyədəki suriyalılara görə rəsmi Ankaraya yeni ödənişin ediləcəyini açıqlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Federika Moqerini bəyan edib ki, Aİ Türkiyədəki ­Suriya qaçqınlarına 1,5 milyard avro qrant ayıracaq. Moqerini deyib: “Bildirmək istəyirəm ki, biz Türkiyədəki Suriya qaçqınlarına ayrılması nəzərdə tutulan 3 milyard avro qrantın 1,5 milyardını transfer edəcəyik”.
Aİ və BMT-nin himayəsi ilə Suriya böhranına həsr olunmuş konfransda çıxış edən Aİ-nin ali komissarı vurğulayıb ki, bu ölkədəki böhranı hərbi deyil, siyasi yolla həll etmək mümkündür. O, Türkiyənin ən çox – 3,5 milyon suriyalı qaçqına sığınacaq verdiyini də diqqətə çatdırıb.
Konfransda qeyd olunub ki, Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ilin əvvəlindən bəri yüz minlərlə insan öldürülüb və 10 milyondan çox suriyalı öz torpaqlarını tərk etməyə məcbur olub.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 2019 21:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin