Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmaqda davam edir

Neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. 
Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 68,02 dollar olub. Sonuncu dəfə bu göstərici 2018-ci il noyabrın 16-da qeydə alınmışdı. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 58,62, Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 69,52 dollar olub.
Ekspertlər bildiriblər ki, “qara qızıl”ın qiyməti artmaqda davam edəcək. Düzdür , bəzi məqamlarda neftin qiyməti azca da olsa aşağı düşə bilər, lakin bu hal müvəqqəti olacaq.

Qəzənfər  QASIMOV, “Xalq  qəzeti” 

14 2019 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə