Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveç məktəblisi Nobel mükafatına namizəddir

 İsveç məktəblisi Nobel mükafatına namizəddir

16 yaşlı İsveç məktəblisi Qreta Tunberq 2018-ci ilin yayından Stokholmda “məktəb aksiyası” keçirir. O , dünya  siyasətçilərindən xahiş edir ki, iqlim dəyişikliklərinə görə Paris sazişinə əməl edilsin. Avropanın minlərlə məktəblisi Qreta Tunberqə dəstək olub.

İsveç və Norveç siyasətçiləri ekoloji hərəkatda fəallıq nümayiş etdirən 16 yaşlı məktəblinin Nobel mükafatına namizədliyini irəli sürüblər.
Qeyd edək ki, fevral ayında Qreta Tunberqin rəhbərliyi ilə 4 min gənc Berlində nümayişə çıxıb. Qreta Tunberqi Almaniya Kansleri Angela Merkel qəbul edib və ona təşəkkür edib.
Xatırladaq ki, iqlim dəyişiklikləri üzrə Paris sazişi 2015-ci ildə 170 dövlət tərəfindən imzalanıb.
Bundan əlavə, Qreta Tunberq BMT-nin iqlim dəyişiklikləri üzrə konfransında və Davosda Dünya İqtisadi Forumunda iştirak edib.

Qəzənfər  QASIMOV, “Xalq  qəzeti” 

14 2019 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə