Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək Texnologiyalar Parkı tərəfindən elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub

Yüksək Texnologiyalar Parkı tərəfindən elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub

AMEA-nın YüksəkTexnologiyalar Parkı (YT Park) tərəfindən keçirilən "Elm həftəsi" öz işini martın 14-də davam etdirib.

AMEA Yüksək Texnologiyalar Parkının mətbuat xidmətinin rəhəbri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, tədbirin dördüncü günün də YT Park tərəfindən 3 kateqoriya üzrə elan olunmuş müsabiqəyə təqdim edilən layihələrin müzakirəsi aparılıb.  Müsabiqə komissiyasının üzvləri layihə təkliflərinin qeydiyyatını aparıb,  onları kateqoriyalar üzrə qruplaşdırıb, daxil olan sənədlərin formalara uyğunluğunu yoxlayıb və fərdi  layihələrin müəllifləri ilə söhbət aparıblar.

Qeyd edək ki, “Elm həftəsi”nin bağlanış mərasimi martın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq. Tədbirdə "Ən yaxşı innovasiyalı ideya", "Ən yaxşı innovasiyalı layihə" və "Ən yaxşı innovasiya məhsulu"  üzrə müsabiqənin qalibləri müvafiq olaraq 500, 1000 və 1500  manat məbləğində mükafatla təltif ediləcəklər.

 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

14 2019 18:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin