Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqor Dodon: Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər qurulub

İqor Dodon: Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər qurulub

Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli, o cümlədən iqtisadi, diplomatik münasibətlər qurulub. Bunu Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə deyib.

Dövlət başçısı xatırladıb ki, ölkələr arasında bir sıra sazişlər imzalanıb: "Qeyd etmək istərdim ki, beynəlxalq, həmçinin MDB çərçivəsində keçirilən tədbirlərdə fəal əməkdaşlıq edirik".

İ.Dodon vurğulayıb ki, Moldovada yeni hökumət formalaşdırılandan sonra Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilə bilər.

Prezident Azərbaycan hökumətinə ölkənin cənubunda sosial layihələrin maliyyələşdirilməsinə görə minnətdarlığını bildirib.

İkitərəfli əməkdaşlığın inkişafından danışan İ.Dodon qeyd edib ki, Moldovanın regionda eksklüziv imkanlarını, eləcə də Avropa İttifaqı və MDB ölkələri ilə azad ticarət haqqında sazişlərə malik olduğunu nəzərə alaraq, bir çox maraqlı layihələr həyata keçirmək mümkündür: "Biz bu imkanları həm Qərbə, həm də Şərqə, o cümlədən Türkiyəyə genişləndirməyi təklif edirik".

 

“Xalq qəzeti”

14 2019 17:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə