Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məhsullarının ixracı genişlənir

Azərbaycan məhsullarının ixracı genişlənir

Polşanın paytaxtı Varşavaya təşkil olunan ixrac missiyası başa çatıb. İxrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan şirkəti daxil olub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, missiya çərçivəsində Polşadan olan şirkətlərlə görüşlər keçirilib, məhsulların ixracına dair ilkin razılıq əldə olunub. Belə ki, “Azerstar” MMC, “Bakukonserv” QSC, “Mars-Fk” MMC, “AHEC” MMC, “Astara çay” MMC şirkətləri istehsal etdikləri məhsulların Polşaya ixracına dair ilkin razılıq əldə ediblər.

Bundan əlavə “Azersun Holding” və “Brightman BMC” MMC tərəfindən təqdim olunan məhsullar Polşadan olan şirkətlər tərəfindən maraqla qarşılanıb.

İxrac missiyası çərçivəsində Azərbaycan şirkətləri, həmçinin Varşada təşkil olunmuş “Worldfood Poland” beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib. Sərgi zamanı keçirilmiş müsabiqədə “Şirvan Şərabları” şirkətinin istehsal etdiyi “Meysəri Məxməri Premium” şərabı mükafata layiq görülüb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunan ixrac missiyası martın 6-dan 10-dək davam edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

14 2019 16:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin