Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) istifadəyə verdiyi elektron xidmətlər nəticəsində vətəndaşlar heç bir yerə getmədən, yalnız internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazım olan əməliyyatı həyata keçirmək imkanı əldə ediblər.

ƏMDK-dan bildirilib ki, komitə göstərilən 46 xidmətin 41-ni elektron müstəvidə yerinə yetirir və bunun sayəsində vətəndaş məmnunluğunu təmin etməklə istifadəçilərin sayı artıb. Vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə ümumilikdə 902 min elektron xidmət göstərilib. Ötən il ərzində isə elektron və onlayn xidmətlərdən istifadə edənlərin sayı 266 mindən çox olub. Statistikanın yüksək olmasının əsas səbəbi fəaliyyətdə şəffaflığın daha da artırılması, operativliyin təmin edilməsi, vətəndaş maraqlarının qorunmasıdır.

Qeyd etmək lazımdır ki, təqdim edilən 41 elektron xidmətdən 26-sı daşınmaz əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si kadastr sahəsi ilə bağlıdır. Bu xidmətlərin 38-i interaktiv, 3-ü isə informativ xidmətlərdir.

Aparılan təhlillərdən məlum olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmətdən istifadə edənlərin sayı 150 mindən çox olub. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Həmin xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 107 mini ötüb. Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək həmin müraciət edənlərin sayı 20 minə yaxın olub.

Əmlak Məsələləri Dövlət Komitəsi əmlak idarəçiliyi sahəsində göstərilən bütün xidmətləri tam olaraq elektronlaşdıracaq.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

14 2019 16:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə