Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərk məişət və plastik tullantıların idarə olunması ilə bağlı növbəti görüş keçirilib

Bərk  məişət və plastik tullantıların idarə olunması ilə bağlı növbəti görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş Lənkəran, Cəlilabad, Biləsuvar, Masallı, Astara, Lerik, Yardımlı rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat Nazirliklərinin, yerli idarəetmə orqanlarının nümayəndələri və sahibkarların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

14 2019 16:34 - EKOLOGİYA
EKOLOGİYA
22 Avqust 2019 | 17:50
Ağac kəsən şəxs cəzalanıb
21 Avqust 2019 | 10:44
Volqoqradda güclü istilər
17 Avqust 2019 | 16:54
Moskvaya güclü istilər gəlir

Köhnə versiyamızdan xəbərləri izlə