Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Elmi Kitabxanada Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası skrininq müayinə keçirib

Mərkəzi Elmi Kitabxanada Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası skrininq müayinə keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) mütəxəssisləri və texniki personalı  AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarına göz xəstəliklərinin profilaktikası və aşkarlanması mövzusunda mühazirə-seminar keçirib və “Göz xəstəliklərinin erkən diaqnostikası” protokolu çərçivəsində göz dibinin müayinəsi, göz təzyiqinin ölçülməsi, görmə qabiliyyətinin yoxlanılması kimi əhəmiyyət kəsb edən müayinələr aparılıb. Bu barədə AMEA Mərkəzi Elmi Kitabxananın ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Seminarda Milli Ofalmologiya Mərkəzinin Elmi məlumat tədris və təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva mərkəzin müxtəlif istiqamətlərdə fəaliyyətindən,  tez-tez rast gəlinən göz xəstəlikləri və onların profilaktikasından, risk qrupuna aid olan əhali arasında göz xəstəliklərinin qarşısının alınması və erkən diaqnostika imkanları barəsində geniş məlumat verib.O,  kompüter avadanlığını, müxtəlif ölçüsü və şrifti olan mətnləri və qədim kitabların tozunu başqa risk faktorları sırasında qeyd edərək müayinənin kitabxana əməkdaşları arasında ən azı ildə bir dəfə aparılmasının məqsədəuyğun olduğunu bildirib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Könül Feyziyeva 40 yaşından yuxarı şəxslərdə qlaukoma, katarakta və onların fəsadları, buynuz qişasının patologiyası haqqında təqdimat edib.

Daha sonra MEK direktoru Leyla İmanova çıxış edərək Səhiyyə Nazirliyi sistemində olan müəssisələrin profilaktik tədbirlər çərçivəsində ən çox rast gəlinən xəstəliklər mövzusunda MEK-də skrininq müayinələri aparmasından söz açıb.  Direktor Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib. Bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (MOM) ilə əməkdaşlıq profilaktik müayinələrlə yanaşı, informasiya mübadiləsi istiqamətində də qurulub. Belə ki, MOM mütəxəssislərinin elmi əsərlərindən ibarət kolleksiya MEK-in Sərgi salonunda daimi ekspozisiyada nümayiş etdirilir və oxucuların istifadəsinə verilib.

Seminardan sonra kitabxana əməkdaşları “Göz xəstəliklərinin erkən diaqnostikası” protokoluna əsasən müayinə olunublar. Xatırladaq ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən skrininq müayinələr MEK-də 2015-ci ildən başlayaraq həyata keçirilir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 2019 16:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin