Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Şükürlü ABŞ-da keçirilmiş dünya birinciliyində bürünc medal qazanıb

Əli Şükürlü ABŞ-da keçirilmiş dünya birinciliyində bürünc medal qazanıb

Azərbaycanlı atlet Əli Şükürlü  ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində bürünc medal qazanıb. 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Əli Şükürlü (102 kq) birdən qaldırma hərəkətində 125 kq-ı ram edib və o, bu hərəkətdə dünya birinciliyinin bürünc medalını qazanıb.  Azərbaycanlı atlet  təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. Təmsilçimiz 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bürünc medala yiyələnib.

Əli Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq, fəxri kürsüyə qalxmağa nail olub.

Qeyd edək ki, hazırda Las-Veqasda keçirilən yarışda çıxış edən Azərbaycan yığma komandasının aktivində 5 - 1 böyük, 4 kiçik bürünc medal var.  Buna qədər Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) öz çəkilərində birdən qaldırma hərəkətində 3-cü yeri qazanıblar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 2019 16:29 - İDMAN
İDMAN
16 Aprel 2019 | 22:37
Kavanini kim əvəzləyəcək?
15 Aprel 2019 | 22:33
Vaxtından əvvəl çempion
11 Aprel 2019 | 23:01
Niquez diqqət mərkəzindədir

Ən son xəbərləri səhifəmizdən də izləyin