Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Albaniya prezidenti Bakıda futbolçularla görüşüb

Bakıda keçirilən "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Foruma qatılan Albaniya Prezidenti İlir Meta ölkəmizdə fəaliyyət göstərən albaniyalı futbolçularla  – “Qarabağ”ın futbolçusu Ansi Aqolli və “Qəbələ”nin oyunçusu Sabien Lilayla görüşüb və bu barədə öz twitter səhifəsində paylaşıb.

Görüşdən şəkil  paylaşan Albaniya prezidenti hər iki futbolçunu  ən yaxşı səfir adlandırıb: “Azərbaycanın paytaxtı Bakını ziyarət etmək, səfəri buradakı iki ən yaxşı səfirimizlə səmimi görüşlə başlamaq xoşdur”.

Qeyd edək ki, A.Aqolli 2010-cu ildən “Qarabağ”da , S.Lilay isə 2018-ci ilin yayından “Qəbələ” komandasında  oynayır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 2019 16:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə