Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU əməkdaşı Klivlend Klinikasında elmi tədqiqat aparıb

ATU əməkdaşı Klivlend Klinikasında elmi tədqiqat aparıb

Azərbaycan Tibb Universitetinin (ATU) Patoloji anatomiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Müşfiq Orucov dünya tibbinin öncül mərkəzlərindən biri olan Klivlend Klinikasında elmi ezamiyyətdən qayıdıb.

Doktor M.Orucov ABŞ Dövlət Departamentinin Fulbright Səfər Təqaüdü Proqramının (Fulbright Visiting Scholar Program) qalibi qismində 2018-ci il sentyabrın 4-dən 2019-cu il martın 1-ədək ezamiyyətdə olub. Həmin müddət ərzində ATU təmsilçisi "Qaraciyər patologiyası" mövzusunda elmi tədqiqat işi aparıb. Nəticədə M.Orucovun bir elmi məqaləsi artıq çapa göndərilib. Digər bir elmi məqalə və bir nadir xəstəlik nümunəsi və ədəbiyyat xülasəsi (Case Report and Literature Review) çapa göndərilmək üzrədir. Hazırda üç elmi məqalə üzərində iş davam edir.

Bundan əlavə, Müşfiq Orucov patologiya sahəsində nüfuzlu alimlər olan Dr. Steven Billings, Dr. John Goldblum, Dr. Brian Rubin, Dr. Daniela Allende və başqaları ilə patologiyanın müxtəlif sahələri üzrə diaqnozların qoyulması (sign-out), autopsiyalar, çoxsaylı praktik konfranslar, onlayn kurslar və mühazirələrdə iştirak edərək, öz professional bacarıqlarını təkmilləşdirib.

Beləliklə, elmi ezamiyyət nəticəsində Azərbaycan Tibb Universiteti ilə Klivlend Klinikası arasında gələcək elmi əməkdaşlığın təməli qoyulub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2019 16:18 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə