Ən son xəbərlər
Bizim xarici siyasətimiz mütəmadi dəyişməlidir. Bunu VII Qlobal Bakı Forumunda Monteneqro Prezidenti Milo Cukanoviç deyib.
Dövlət başçısı qeyd edib: "Biz inkişaf edən dünya tendensiyalarına kömək etmək üçün millətçilik ideyasını düzgün anlamalıyıq. Avropa İkinci Dünya müharibəsindən sonrakı dövrdə daha mühüm nailiyyətlər kimi öz dəyərlərini qoruyub saxlamağa davam edəcək".
M.Cukanoviç bildirib ki, bütün problemləri həll edə bilən formul mövcud deyil: "Bizə qlobal səviyyədə çoxtərəflilikdən istifadə etmək lazımdır. Yalnız vətəndaşlarımızın yüksək həyat şəraitini təmin edəcəyimiz halda böyük və vacib məqsədlərə çatmaq olar. Bizim xarici siyasətimiz mütəmadi dəyişməlidir".
Köhnə versiyamızdan xəbərləri izlə