Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Danilo Türk: Qlobal Bakı Forumu çox səmərəli platformaya çevrilib

Danilo Türk: Qlobal Bakı Forumu çox səmərəli platformaya çevrilib

Qlobal Bakı Forumu ildən-ilə inkişaf edərək çox səmərəli platformaya çevrilib.

Bunu Sloveniyanın keçmiş prezidenti Danilo Türk deyib.

D.Türk qeyd edib ki, bu forum iştirakçılara dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün böyük imkan yaradır: “Builki forum irəli atılan daha bir addımdır və xarici siyasətlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradıb”.

Keçmiş prezident əlavə edib ki, Azərbaycan sivilizasiyalararası dialoqun qurulması istiqamətində çox gözəl işlər görür: “Azərbaycan İslam ölkəsidir, lakin ölkə çox açıq fikirlidir. Azərbaycan hətta kilsələrin bərpa olunmasına dəstək göstərir ki, bu da xalqlar arasında inamın və dialoqun qurulmasına şərait yaradır. Bu cür işlərin görülməsi bu gün dünyaya daha çox lazımdır və Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür”.

14 2019 16:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə