Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rosen Plevneliev: Azərbaycan sülhün tolerantlığın carçısıdır

Rosen Plevneliev: Azərbaycan sülhün tolerantlığın carçısıdır

Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb və mən də bu forumun bir iştirakçısı olduğum üçün çox şadam. Bunu Bolqarstanın keçmiş prezidenti Rosen Plevneliev deyib.

R.Plevneliev qeyd edib ki, forumda hazırki, eləcə də sabiq dövlət və hökumət başçıları iştirak edir və dünya üçün mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Keçmiş prezident vurğulayıb ki, Azərbaycan regionda mühüm rol oynayır: “Azərbaycan sülhün, tolerantlığın carçısıdır. Forumda səmərəli fikir mübadiləsi aparılır, təcrübələr ortaya qoyulur. Hesab edirəm ki, hər kəs burada iştirak etməkdən məmnundur. Artıq Qlobal Bakı Forumu xeyli inkişaf edib və dünyada mühüm bir platformaya çevrilib”.

Qeyd edək ki, bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

14 2019 16:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə