Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin şagirdləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında akademiyanın 90 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Konsert BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynovanın giriş sözü ilə başlayıb. Direktor Bakı Xoreoqrafiya Akademiyasının 90 illik tarixindən, bu illər ərzində yetişdirdiyi dünyaca məşhur xoreoqraf ustadlarından, ölkəmizdə mədəniyyətin inkişafına göstərilən dövlət qayğısından danışıb: “Yarandığı ilk illərdən  əsas məqsədi cəmiyyətin tərəqqisinə çalışmaq və bunun üçün də Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Afaq Məlikova, Pulumb Aqalıyay, Təranə Muradova, Kamilla Hüseynova, Yuri Lobaçov kimi yüksək ixtisaslı kadrları hazırlamaqdan ibarət olub” - deyə B. Hüseynova qeyd edib.

B. Hüseynova Yel çərşənbəsi münasibətilə də akademiyanın kollektivini və konsertdə iştirak edən tamaşaçıları təbrik edib, hər birinə sağlamlıq, firavan həyat arzulayıb.

 

Daha sonra akademiyanın şagirdləri Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda  A.Adanın “Jizel” baletindən Qalop, L.Delibin “Silviya” baletindən Pitsikatto, S.Raxmaninovun “Burevestnik” rəqsi, P.İ.Çaykovskinin “Qu gölü” baletindən variasiya parçalarını, Əməkdar artist Səbinə Qasımovanın quruluşunda “İnnabı”, “Güləbatın” rəqslərini, müəllim-konsertmeysterlər, o cümlədən Lalə Zöhrabbəyova, Səidə Axundova, Lalə Hüseynli, Sevda Axundova və Rəhimə Hüseynovanın şagirdləri L. Delibin “Koppeliya” baletindən Vals, R.Qlierin “Mednıy vsadnik” baletindən Polka, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən Gülyanağın rəfiqələri ilə rəqsi, Q.Qarayevin “İldırımlı yollarla” baletindən Laylay əsərlərini fortepianoda, Fazil Cəfərovun şagirdləri isə Azərbaycan ritmləri musiqili-rəqs kompozisiyasını nağarada ifa ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 15:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə