Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqi məktəbində “Məclisi Üns”

Musiqi məktəbində “Məclisi Üns”

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Məclisi Üns" adlı təbdir keçirilib.

Çıxış edən Xalq artisti Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri şair Arif Buzovnalı, Əməkdar artist Azad Şükürov, Dinşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparıblar.

Tədbirdə millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının  sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin müavini Arif Balayev, SOCAR EKO-Parkın direktoru Tahir Şıxəliyev, məktəb və müəssisə rəhbərləri iştirak ediblər.

Məktəbin rəsm sinfinin şagirdləri Nəsimi yaradıcılığına həsr etdikləri rəsmləri və VII sinif şagirdi Rauf Muradlının söylədiyi qəzəl qonaqların diqqətinə səbəb olub.

Tədbirin bədii hissəsində məktəbin müəllimlərinin müşaiyəti ilə çıxış edən xanəndə sinfinin gənc müəllimi Rəna Qafarovanın ifasında səslənən şairin sözlərinə yazılmış mahnı və təsniflər "Məclisi Üns"ə xüsusi rəng qatıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 15:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin