Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına hazırlıq məsələləri müzakirə edilib

Qazaxıstan Parlamenti Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşüb.

AZƏRTAC Qazaxıstan parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Şuranın baş katibi təşkilatın fəaliyyəti və onun genişləndirilməsi məsələlərindən danışıb.

Nurlan Niqmatulin və Bağdad Amreyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin türk əməkdaşlıq institutlarının struktur islahatları ilə bağlı təşəbbüslərinin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.

Görüşdə, həmçinin bu ilin payızında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısına hazırlıq məsələləri müzakirə edilib.

 

İlahə Əhmədova,
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

14 2019 13:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə