Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü: Beynəlxalq dialoq və əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas mexanizmləridir

Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib ki, beynəlxalq dialoq və əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas mexanizmləridir.

Şefik Caferoviç  qeyd edib ki, çoxtərəflilik və qaydalara əsaslanmış beynəlxalq nizam qlobal problemlərin həlli üçün ən yaxşı platforma olaraq qalmaqdadır: “Beynəlxalq dialoq, əməkdaşlıq, insan hüquqlarına hörmət və beynəlxalq hüququn qəbul olunmuş normalarına əməl olunması təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafının təmin olunmasının əsas mexanizmləridir. Biz bu bəşəri beynəlxalq dəyərləri, prinsipləri, hüquq və qaydaları müdafiə etməli, təşviq etməli və inkişaf etdirməliyik”.

Ş.Caferoviçin sözlərinə görə, Bosniya və Herseqovina çoxtərəfliliyə və beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə uyğun fəaliyyətə sadiqdir.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

14 2019 13:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə