Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samir Şərifov: Problemli kreditlərlə bağlı mexanizm hazırdır

Azərbaycanda problemli kreditlərlə bağlı Prezident İlham Əliyev tərəfindən verilən fərmanda nəzərdə tutulan işlər həyata keçirilir.

Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

S.Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır: “Kreditlərin həcmi, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb”.

14 2019 12:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə