Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişlidə 24 min nəfərdən çox sakin tibbi müayinədən keçirilib

İmişlidə 24 min nəfərdən çox sakin tibbi müayinədən keçirilib

Respublikamızın hər yerində olduğu kimi İmişlidə də əhalinin pulsuz kütləvi dispanserizasiyası yüksək fəallıqla davam edir. Qısa müddətdə 24 min 789 nəfər rayon sakini tibbi müayinədən keçirilib.

Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 5 peşəkar həkim briqadası yaradılıb. Onlardan 3-ü daimi, ikisi isə səyyaridir.

Humanitar aksiya rayon üzrə 98 min 504 nəfəri əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Səyyar həkim briqadaları bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Eynulla Qasımov bildirib ki, aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı 6 kənd və qəsəbə xəstəxanası, 67 nəfərdən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Bu günə kimi 24 min 789 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinələrdən keçirilmiş vətəndaşlardan 107 nəfəri ambulator, 16 nəfəri stasionar müalicəyə cəlb olunub, 3 nəfərin isə üzərində cərrahiyə əməliyyatı aparılıb. Yerli şəraitdə müalicəsi mümkün olmayan 3 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2019 11:14 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin