Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1499-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un 5-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Soçi şəhərində keçirilmiş 2017-ci il 11 oktyabr tarixli iclasında imzalanmış “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”u Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsinlər.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2019-cu il

13 2019 23:47 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin