Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 82    Bakı şəhəri, 7 mart 2019-cu il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” 2002-ci il 5 iyun tarixli 89 nömrəli, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2003-cü il 9 yanvar tarixli 3 nömrəli, “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısının təsdiq edilməsi haqqında” 2003-cü il 15 fevral tarixli 23 nömrəli, “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2003-cü il 12 avqust tarixli 106 nömrəli, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli, “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2003-cü il 6 dekabr tarixli 157 nömrəli, “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2004-cü il 9 yanvar tarixli 2 nömrəli, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 5 iyul tarixli 92 nömrəli, “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında” 2004-cü il 15 iyul tarixli 95 nömrəli və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 9 dekabr tarixli 192 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 374; 2008, № 8, maddə 787; 2010, № 11, maddə 1040; 2017, № 12 (II kitab), maddə 2492) ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 10-cu hissəsində “əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 66; 2004, № 8, maddə 657; 2008, № 2, maddə 130, № 9, maddə 855; 2009, № 10, maddə 857; 2010, № 3, maddə 262; 2017, № 5, maddə 1001, № 10, maddə 1915; 2018, № 5, maddə 1136, № 7 (II kitab), maddə 1665) ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.3-cü bəndin üçüncü abzasında “şəhadətnaməsi” sözü “qərarı” sözü ilə əvəz edilsin;
2.2. 1.4-cü bəndin ikinci cümləsindən “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;
2.3. 1.5-ci bənddə “əlillik qrupunu, sağlamlıq imkanları məhdudluğunu” sözləri “əlillik dərəcəsini” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 23 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 138; 2004, № 11, maddə 966; 2018, № 10, maddə 2164) ilə təsdiq edilmiş “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı”nın 27-ci hissəsində “əlil və qocalar evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, 
№ 8, maddə 461; 2018, № 10, maddə 2173) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın 4-cü hissəsində “xəstələri üçün əlillər evləri” sözləri “xəstəliyi olan əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, 
№ 5, maddə 470, № 9, maddə 819, 
№ 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2 (II kitab), maddə 389, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 7, maddə 1499, № 12 (II kitab), maddə 2525; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 dekabr tarixli 570 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.6-cı bəndinin altıncı abzasında “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 6 dekabr tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12 (II kitab), maddə 745; 2010, № 3, maddə 264; 2018, № 11, maddə 2458; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 541 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”nın 3.1-ci bəndində “əlillər evləri” sözləri “əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 
№ 1, maddə 50; 2006, № 9, maddə 828, № 11, maddə 992; 2007, № 2, maddə 185; 2008, № 2, maddələr 115, 130; 2009, 
№ 10, maddə 857; 2010, № 8, maddə 763; 2011, № 12, maddə 1255; 2017, № 4, maddə 663) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.2.1.1-ci yarımbənd üzrə:
7.1.1. “a” abzasında “müharibə əlilləri” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
7.1.2. “t” abzasında “qocalar və əlillər üçün evlərdə” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
7.1.3. 2.2.7.1-ci yarımbəndin ikinci abzasında “müharibə əlilləri” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə və “əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 
№ 7, maddə 583; 2006, № 5, maddə 463; 2008, № 2, maddə 130) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın cədvəlinin “İstehsalat, peşə və vəzifələrin adı” sütununun “XXXVII. Səhiyyə” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. “Yoluxucu, göbələkli və vərəmli xəstələr üçün (vərəmə qarşı) müalicə-profilaktika müəssisələri, şöbələri, palataları, kabinetləri; sanator-meşə məktəbləri və internat məktəbləri, uşaq evləri, uşaq bağçaları (qrupları), körpələr evi (qrupları), körpələr evi-bağçalar (qruplar) və xroniki dizenteriya xəstəliyi olan uşaq evləri (qrupları); vərəm xəstəliyi olan xəstələr üçün əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) evi (şöbələri); vərəm xəstəliyi olan əlillər üçün tədris məktəbləri” hissəsində “xəstələr üçün əlillər (sağlamlıq imkanları məhdud uşaqlar) evi” sözləri “əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə və ikinci halda “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə və əvəz edilsin;
8.2. “Psixiatriya (ruhi-əsəb), neyrocərrahiyyə və narkoloji müalicə-profilaktika müəssisələri, şöbələr, palatalar və kabinetlər, eləcə də ruhi xəstələr üçün əlillər evi (şöbələr)” hissəsində “xəstələr üçün əlillər evi” sözləri “xəstəliyi olan əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;
8.3. 129-cu və 185-ci bəndlərdə “əlillər evlərinin” sözləri “əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;
8.4. 179-cu bənddə “əlillər evində” sözləri “əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 iyul tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 
№ 7, maddə 586; 2011, № 10, maddə 974; 2012, № 12, maddə 1364; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.3.5-ci yarımbənddə hər iki halda “əlil olmuş” sözləri “əliliyi müəyyən edilmiş” sözləri ilə, “əlillərinə” sözü “ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə və “müharibənin əlillərinə” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
9.2. 2.5-ci bənd üzrə:
9.2.1. dördüncü və səkkizinci abzaslarda “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə və “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının) arayışını” sözləri “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının arayışını) qərarını” sözləri ilə əvəz edilsin;
9.2.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər əlilliyi olan şəxslərin elektron reyestrindən çıxarışı;”;
9.2.3. yeddinci abzasda “əlilləri” sözü “ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə və “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının) arayışını” sözləri “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının arayışını) qərarını” sözləri ilə əvəz edilsin;
9.3. 3.1-ci bəndin beşinci abzasında “qocalar (stasionar sosial xidmət müəssisəsində) və əlillər evində” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
9.4. 3.5.1-ci yarımbəndin birinci abzasında hər iki halda ismin müvafiq hallarında “qocalar (stasionar sosial xidmət müəssisəsində) və əlillər evi” sözləri ismin müvafiq hallarında “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə və ikinci abzasında “Qocalar və əlillər evinin (stasionar sosial xidmət müəssisəsinin)” sözləri “Ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsinin” sözləri ilə əvəz edilsin;
9.5. 3.5.2-ci yarımbəndində “qocalar və əlillər evində (stasionar sosial xidmət müəssisəsində)” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsində” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 447; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 11.3-cü bəndində “qrup əlil” sözləri “dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə