Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsanların problemlərinin həllinə həssas yanaşma

İnsanların problemlərinin həllinə həssas yanaşma

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş insanlara göstərdikləri diqqət və qayğı ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Dövlətimizin başçısı və Birinci vitse-prezidentin bu günlərdə yenidən Şamaxı rayonuna səfər etmələri və fevralın 5-6-da ərazidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olmaları insanları daha da ruhlandırıb. 

Təsadüfi deyil ki, həmin günlərdə yeraltı təkanlar nəticəsində İsmayıllı, Ağsu və Şamaxı rayonlarında fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. Bundan sonra hər üç rayonda evlərə baxış keçirilmiş, müəyyən olunmuşdu ki, təkcə Şamaxıda təbii fəlakətlə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123, kəndlər üzrə isə 811 olmaqla, 1800 evin təmirinə ehtiyac yaranıb.
Həmin gündən də qəzalı vəziyyətə düşmüş evlərin bərpası və yenilərinin tikintisi işlərinə başlanıb. İkinci dəfə Şamaxıda olmuş Prezident İlham Əliyev rayon sakinləri ilə görüşüb, onların problem və çətinliklərini dinləyib, məktublarını şəxsən qəbul edib, zəlzələ nəticəsində zərərçəkmiş bütün evlərin yenidən tikiləcəyini bildirib. Dövlət başçısı, eyni zamanda, sakinlərin problemlərinin həlli ilə bağlı əlaqədar təşkilatlara tapşırıq və tövsiyələrini verib. 
Bundan əlavə, Azərbaycan Prezidenti Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam da imzalayıb. Sərəncama əsasən, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında işlərin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan cəmi 11 milyon manat, o cümlədən, tikinti və bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, Şamaxı, İsmayıllı və Ağsu Rayon İcra hakimiyyətlərinin hər birinə 
2 milyon manat vəsait ayrılıb.
Görülən işlər göstərir ki, Azərbaycanın dövlət başçısı hər bir vətəndaşın Prezidenti olduğunu bir daha əyani şəkildə təsdiq etdi, insanların probleminin həllinə həssaslıqla yanaşmaqla, onların həyat və yaşayış şəraitlərinin ən yüksək səviyyədə təmin edilməsinə çalışmaqla böyük humanistlik nümayiş etdirdi. Qədirbilən insanlar Prezidentin bu qayğı və diqqətini çox yüksək qiymətləndirirlər. 

 

Mayıl ALICANOV,
Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri 

 

 

 

13 2019 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə