Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident verilən sözə əməl etməyin nümunəsini göstərir

Prezident verilən sözə əməl etməyin nümunəsini göstərir

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Şamaxıya gedərək burada zəlzələdən evləri qəzalı vəziyyətə düşmüş sakinlərlə səmimi görüşməsi, sadə insanların qayğı və problemləri ilə yaxından maraqlanması ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz düşəndə “Ailələrə dəstək” İctimai Birliyinin rəhbəri Esmira Rəhimova demişdir: 
– Möhtərəm ­Prezidentimiz İlham Əliyevin Ağsu və Şamaxı rayonlarına səfəri, problemlərlə yerində maraqlanması və onların həlli ilə bağlı müvafiq icra orqanlarına operativ tapşırıqlar verməsi hamı kimi, məni də çox sevindirdi. 
Dövlətimizin başçısı evləri qəzalı vəziyyətə düşmüş sakinlərə dedi ki, onlar heç nədən narahat olmasınlar, zəlzələ zamanı uçub-dağılan bütün evlər yenidən tikiləcək. Fikrimcə, bu sözlər çətin vəziyyətə düşən insanlar üçün çox böyük təsəllidir. Axı, bu sözlərin arxasında sadə insanların, xalqın xeyrinə real işlər durur. 
Bəli, dövlət başçısının sözü ilə əməli birdir. ­Prezidentimiz verilən sözə əməl etməyin nümunəsini göstərir. Azərbaycan xalqı məhz bu və digər yüksək insani keyfiyyətlərinə görə öz müdrik liderinə dərin inam və ehtiram bəsləyir. 
Sirr deyil ki, Şamaxı, Ağsu, İsmayıllıda baş verən zəlzələ, yüzlərlə ailənin qayğı və problemini artırıb. Lakin bu ailələrin heç biri dövlətimizin diqqət və qayğısından kənarda qalmayıb. Sadə insanlar bu münasibəti, xeyirxahlığı görür və bundan çox razı qalırlar. 
Düşünürəm ki, bu gün müstəqil Azərbaycanın vətəndaşı olmaq bir şərəf işi olduğu qədər, həm də böyük imtiyazdır. Çünki dünyada ikinci elə bir ölkə yoxdur ki, onun lideri vətəndaşına cənab İlham Əliyev qədər diqqət və qayğı göstərsin. Bütün vətənpərvər Azərbaycan vətəndaşları kimi, mən də dövlətimlə, möhtərəm Prezidentimlə sonsuz dərəcədə qürur duyuram. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

13 2019 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə