Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Problemli kreditlərin həlli əhatə dairəsinə görə inqilabi xarakterlidir

Problemli kreditlərin həlli əhatə dairəsinə görə inqilabi xarakterlidir

Son aylarda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar geniş əhali kütləsini əhatə edib. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman isə 800 min nəfərdən çox insana şamil olunur. 

Sənəddə bildirilir ki, Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas  prioritetlərindən biridir. Bu gün birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də, problemli kreditlərin həlli ilə bağlı fərman öz miqyasına, əhatə dairəsinə görə, ­sözün əsl mənasında, ­inqilabi ­xarakterlidir.
Təsadüfi deyil ki, vətəndaş dolların manata nisbətən məzənnəsinin 0,78 manat olduğu dövrdə dollar krediti götürmüşdüsə, devalvasiyalardan sonra krediti yüksək məzənnə ilə ödəməli olmuşdu. Bir çox vətəndaşlar hətta kredit borclarını tamamilə ödəyərək bağlamışdılar. İndi Prezidentin fərmanında iki məzənnə arasındakı fərqin vətəndaşa geri qaytarılması nəzərdə tutulur. Ancaq söhbət yalnız devalvasiyalar dövründə götürülmüş dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülmüş kreditlərə kompensasiya nəzərdə tutulmayıb. Eyni zamanda, 10 min dollardan çox olan kreditlərə də güzəşt şamil edilmir. 
Bundan əlavə, fərmanda bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Banka və Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq olaraq 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sistemində faiz dərəcələri aşağı salınsın, kapitallaşma təmin olunsun, banklar normal fəaliyyətlərini davam etdirə bilsin. 
Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, eyni zamanda, dünya bazarında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdikləri maliyyə itkilərini qarşılamaq məqsədi daşıyır. Artıq insanların kreditlərlə bağlı problemlərinin həlli istiqamətində real addımlar atılmasına başlanıb.  

 

Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

 

 

13 2019 23:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə