Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qayğısından məmnunluq duyuruq

Dövlət qayğısından məmnunluq duyuruq

Dövlət başçısının son illər imzaladığı fərman və sərəncamlar, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində qəbul etdiyi qərarlar sabaha olan ümidimizi daha da artırıb. Möhtərəm Prezidentimizin təqaüdlərin, pensiyaların, sosial müavinətlərin artırılması, ardınca problemli kreditlərin həlli ilə bağlı imzaladığı sənədlər əhalinin qarşılaşdığı narahatlığın aradan qaldırılmasında mühüm rol oynadı. Mən möhtərəm ­Prezidentimizin problemli kreditlərin həlli ilə bağlı qəbul etdiyi qərarı xüsusilə qeyd etmək istərdim. Çünki həmin problem neçə vaxt idi ki, bizi çətinliyə salmışdı.

Bankların birindən götürdüyüm 7 min 800 dollara maşın almışdım. Əvəzində 12 min dollar ödəmişdim. Bank isə hələ də məndən əlavə ödəniş tələb edirdi. Mən olan-olmazımı satıb bankın tələb etdiyi məbləği də ödədim. Məsələ bununla da bitmədi. Bankdan bildirdilər ki, guya krediti vaxtında ödəmədiyimə görə cərimə olunmuşam. Onu da ödəməliyəm. 
Möhtərəm Prezidentimizin fərmanı ailəmizə böyük sevinc bəxş etdi. Çünki həmin fərmanda devalvasiya ilə əlaqədar banka ödənilən artıq pulun geri qaytarılması da öz əksini tapıb. Bizim də ailəmiz bu güzəştdən yararlanacaq. Axı biz də banka xeyli artıq pul ödəmişik.
Dövlət başçısının bu fərmanı dünya ölkələri üçün nümunəvi bir addımdır. Çünki dünyanın heç bir ölkəsində dövlət tərəfindən əhaliyə belə güzəşt olunmayıb. Dövlətimizin başçısı əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında öz liderliyini bir daha nümayiş etdirdi. Biz belə bir ölkədə yaşadığımızdan və qayğıkeş dövlət başçımıza görə qürur hissi keçiririk. 

 

Ceyhun RZAYEV,
mədəniyyət işçisi
Saatlı rayonu 

 

 

13 2019 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə