Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndi ölkəmizi mədəniyyətinə görə də tanıyırlar

İndi ölkəmizi mədəniyyətinə görə də tanıyırlar

Eldar MANSUROV, Xalq artisti, bəstəkar


Prezident İlham Əliyevin sənət adamları ilə görüşü tarixi bir görüş idi. Bu görüş bir çox məsələlərin müzakirəyə çıxarılması ilə əlamətdar oldu. Çünki görüşdə hər kəs problemlərini açıq şəkildə ifadə edirdi. Prezidentlə görüşdə Yazıçı Anar çıxışında Cəlil Məmmədquluzadəyə heykəl qoyulması təklifini irəli sürdü. Həqiqətən də “Molla Nəsrəddin” jurnalının yaradıcısı olan Cəlil Məmmədquluzadə kimi dahi şəxstiyyətə Azərbaycanda heykəl qoyulmasına ehtiyac var idi. Odur ki, Prezident bu təklifi dərhal dəstəklədi.
 Ölkə başçısı hər kəsin çıxışını diqqətlə dinləyir və öz qeydlərini aparırdı. Çıxışlar bitdikdən sonra Prezident söylədi ki, problemlərin həlli istiqamətində ciddi işlər aparılacaq və bu barədə mədəniyyət naziri Əbülfəs Qarayevə tapşırıqlar verdi. Bu baxımdan görüş çox səmərəli keçdi.
 Son 15 ildə Azərbaycan mədəniyyəti çox inkişaf edib. Əvvəllər sənət adamları qastrol səfərlərinə gedərkən SSRİ bayrağı altında çıxış edirdi. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra isə istər musiqiçilər, istərsə də rəqs ansamblları milli bayrağımız altında çıxış edir. Bütün bu işlərin önündə Heydər Əliyev Fondu dayanır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanınması və təbliği istiqamətində çox böyük işlər görüb. Mütəmadi olaraq Fransa, Almaniya, İtaliya kimi ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Bu tədbirlərdə ölkənin müxtəlif sənət adamları iştrak edir.
 İlham Əliyev Azərbaycan mədəniyyətinə yetərincə qayğı göstərir, görkəmli sənət adamlarının əsərlərini dünyaya tanıtmaq üçün böyük işlər görür. Vaxt var idi ki, Azərbaycanı, sadəcə, neft və qaz ölkəsi kimi tanıyırdılar, indi isə ölkəmizi mədəniyyətinə görə də tanıyırlar. 

 

Hazırladı:
 M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

13 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə