Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanıda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edilib

Suraxanıda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edilib

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Suraxanı rayonunda tədbir keçirilib.  
Rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon idarəsinin bir qrup əməkdaşı, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında ulu öndərin abidəsini ziyarət edib,   orada fəaliyyət göstərən “Şöhrət” muzeyindəki materiallarla, eksponatlarla tanış olublar.  
Ümummilli liderin rayondakı Heydər Əliyev parkında ucalan abidəsinin ziyarətindən sonra tədbir Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında Dövlət himninin səsləndirilməsi ilə davam etdirilib.   
Ulu öndər Heydər Əliyevin, şəhidlik zirvəsinə yüksələn oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan   təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib, onlara ölkəmizin milli maraqlarının etibarlı qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb.  
Rayon rəhbəri bildirib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli liderinin adı ilə bağlıdır. Dahi Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. 
Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb, bu qurumun texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, yeni gənc personalın yetişdirilməsi məsələsini də diqqət mərkəzində saxlayıb. Ümummilli liderin fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilib. 
Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyənləşdirilməsi məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutub.
Tədbirdə məruzə ilə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin 
Heydər Əliyev adına Akademiyasının professoru Cəlal Qasımov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli  yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 
Tədbirdə “Alyans” Xüsusi Xidmət Veteranları Birliyinin sədri Şamil Süleymanov, müavini Azər Qarayev, rayon prokuroru Rəhim Əliyev, rayon ağsaqqalı Mirzəağa Quliyev, YAP rayon təşkilatı aparatının əməkdaşı, Gənclər Birliyinin üzvü Ənvər Haqverdiyev çıxış ediblər.
Sonda Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 100 illiyi münasibətilə bir qrup şəxs rayonun ictimai həyatında fəal iştirakına görə rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

13 2019 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 17:53
Əfqanıstanda partlayış

Köhnə versiyamızdan xəbərləri izlə