Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəbhə bölgəsində hərbi vətənpərvərliklə bağlı tədbirlər keçirilib

Cəbhə bölgəsində hərbi vətənpərvərliklə bağlı tədbirlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətimizə tanıdılması” adlı layihəsi çərçivəsində Ağdam, Bərdə və Tərtər rayonlarında gənclərlə görüşlər keçirilib. 
Görüşlər şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükütla və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxışında bildirib ki, layihə çərçivəsində reallaşdırılan görüşlərin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin ömür yolunun gənclər arasında təbliğ olunması və onlarda vətənpərvərlik ruhunun daha da artırılmasıdır. 
Emin Həsənli bu gün ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də əhalinin digər həssas qruplarına böyük diqqət və qayğı ilə yanaşıldığını, bu məsələlərə birbaşa ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi əhəmiyyət verildiyini vurğulayıb.  
Digər çıxış edənlər də şəhid döyüşçülərin cəbhədə göstərdikləri qəhrəmanlıqların təbliğ olunmasının gəncliyin vətənpərvər ruhda yetişməsinə mühüm töhfələr verəcəyini bildiriblər.     
Tədbirlərin sonunda sənədli film nümayiş olunub, layihə çərçivəsində hazırlanmış bukletlər görüş iştirakçılarına paylanılıb. 

 

“Xalq qəzeti”

13 2019 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə