Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ 2019-cu il mayın 21-dən 25-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ  2019-cu il mayın 21-dən 25-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun satınalınması məqsədilə  AÇIQ  TENDER  ELAN  EDİR

Sərgi stendlərinin quraşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 1000 (min) manat və ya Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq (www.cbar.az) 1000 (min) manatın ödəniş gününə ABŞ dolları ilə ekvivalentini tenderdə iştirak haqqı kimi aşağıda göstərilən bank hesablarından birinə köçürdükdən və bunu təsdiq edən sənədi təqdim etdikdən sonra Azərbaycan və ingilis dillərində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbə, telefon- +99412 5058704 (daxili- 2300), e-mail- [email protected]) nömrəli ünvandan ala bilərlər:
Manat hesabı
Emitent
Dövlət Xəzinədarlıq Agentliyi
Bankın kodu- 210005
VÖEN- 1401555071
Mh- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. bik- CTREAZ22
Alan
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
VÖEN- 1404365471
H/h- AZ51CTRE00000000000002178502
Büdcə səviyyəsinin kodu -7
Büdcə təsnifatının kodu -142340
USD hesabı
Alan- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə
VÖEN-1404365471
Dollar hesabı- AZ24PAHA38160USDHC0100090832
“PASHA Bank” JSC 
Kod- 505141 
Bankın VÖEN-i- 1700767721 
S.W.I.F.T- PAHAAZ22 
M/h- AZ82NABZ01350100000000071944
Avro hesabı
Alan- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə
VÖEN- 1404365471
Avro hesabı- AZ55PAHA38160EURHC0100090832
“PASHA Bank” JSC 
Kod- 505141 
Bankın VÖEN-i: 1700767721 
S.W.I.F.T- PAHAAZ22 
M/h- AZ82NABZ01350100000000071944
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);
-vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış; 
-iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqan(lar)ı tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
-iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiq olunmuş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
-digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. 
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 22 aprel 2019-cu il saat 17.00-dək, tender təklifi və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 1 may 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Nizami küçəsi 96 E nömrəli ünvana , Landmark I, 3-cü mərtəbədə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların tender təklifləri 2 may 2019-cu il saat 11.30-da Bakı şəhəri, Nizami küçəsi 96 E nömrəli ünvanda, Landmark I, 3-cü mərtəbədə açılacaqdır.
Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir. 

 

Tender komissiyası

14 2019 02:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 May 2019 | 02:35
B İ L D İ R İ Ş
23 May 2019 | 02:35
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə