Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəyə bu il 6 milyondan çox rusiyalı turistin gələcəyi gözlənilir

Türkiyəyə bu il 6 milyondan çox rusiyalı turistin gələcəyi gözlənilir

Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TTAA) idarə heyətinin rəhbəri Firuz Baklıkaya bu günlərdə Moskvada keçirilən beynəlxalq turizm sənayesi sərgisində “Anadolu” agentliyinin müxbirinə deyib ki, Rusiya Türkiyənin turizm sektoru üçün ən vacib bazardır.  
TTAA-nın rəhbəri qeyd edib ki, coğrafi yaxınlıq və viza rejiminin sadələşdirilməsi, zəngin mədəniyyət abidələri  Türkiyəni rusiyalılar üçün ən sərfəli turizm məkanına çevirib. Onun fikrincə, bu il Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 10-15 faiz artacaq. Bütövlükdə isə bu göstəricinin 6 milyonu keçəcəyi gözlənilir.  
F.Baklıkaya sonra vurğulayıb ki, rəhbərlik etdiyi qurum dünya turizm marketinqi sahəsində həyata keçirilən bütün mühüm tədbirlərdə iştirak edir. Onun sözlərinə görə, Moskvada keçirilən bynəlxalq turizm sənayesi sərgisi bu mənada Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu tədbirdə iştirak edən çox sayda türkiyəli iş adamı rusiyalı həmkarları ilə birbaşa işgüzar əlaqələr qurmaq şansı qazanıblar. 
F.Baklıkaya sonda xatırladıb ki, 2018-ci ildə Türkiyəni 5,9 milyon rusiyalı turist ziyarət edib. O əmindir ki, 2019-cu ildə Rusiyadan Türkiyəyə turist axını daha da sürətlənəcək. 
TTAA-nın rəhbəri hesab edir ki, Türkiyə ilə Rusiya arasında turizm sahəsində əlaqələr yaxın gələcəkdə daha da genişlənəcək. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

13 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə