Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayk Pompeo: Avropalı müttəfiqlərin Rusiya qazından asılı qalmasını istəmirik

Mayk Pompeo: Avropalı müttəfiqlərin Rusiya qazından asılı qalmasını istəmirik

Vaşinqton istəmir ki, avropalı müttəfiqlər “Şimal axını-2” kəmərinin tikintisi nəticəsində Rusiyanın təbii qazından  asılı vəziyyətə düşsünlər. Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo CNBC telekanalına müsahibəsində bəyan edib. Məlumatı TASS verib. 

“Biz özümüz də artıq Venesuladan göndərilən neftdən asılı qalmaq istəmirik”, – deyə dövlət katibi bildirib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq ABŞ özünün karbohidrogen hasilatı və ixracını artırmağa çalışır. 
Pompeo qeyd edib ki, ABŞ enerji daşıyıcılarının şaxələndirilməsi məsələsində dostlarına kömək etmək niyyətindədir. Hazırda ölkənin özəl şirkətləri Polşaya sıxılmış təbii qaz ixracının artırılmasında xüsusi rol oynayırlar.
Dövlət katibinin dediyinə görə, Vaşinqton hesab edir ki, Berlin “Şimal axını-2” ilə bağlı mövqeyini dəyişəcək və bu qaz kəmərinin tikintisinin başa çatdırılmasına imkan verməyəcək.  
Ona sual verilib: “ABŞ “Şimal axını-2” layihəsinin artıq başa çatmaq üzrə olmasına necə baxır?” Pompeo cavabında bildirib: “Burda hər şey aydındır: Almaniya öz pullarını rusiyalılara elə bir vaxtda verir ki, həmin vaxt onu başqaları qoruyur. Biz onları çağırırıq ki, qaz kəmərinin tikintisini başa çatdırmasınlar, biz onları çağırırıq ki, enerji daşıyıcılarının nəqli marşrutlarını şaxələndirsinlər”.
Xatırladaq ki, “Şimal axını-2” Rusiyadan Baltik dənizinin dibi ilə Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etməyə imkan verən layihədir. Kəmər 9,5 milyard avroya başa gələcək və bu ilin sonunda istismara veriləcək. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

13 2019 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə