Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaşamaq üçün ən əlverişli şəhərlər

Yaşamaq üçün ən əlverişli şəhərlər

“Mercer” Beynəlxalq Konsaltinq Şirkəti dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərinin reytinqini  tərtib edib. Ənənəvi olaraq hər il tərtib olunan reytinq cədvəlində bu dəfə də ilk pillədə Vyana şəhəri qərarlaşıb. Bu barədə RİA “Novosti” məlumat yayıb. 
231 şəhərin adının çəkildiyi reytinqdə ikinci yeri Sürix, üçüncü yeri Vankuver tutub. Sonrakı yerlərdə ardıcıllıqla Münhen, Okland, Düseldorf, Frankfurt, Kopenhagen, Cenevrə, Bazel qərarlaşıb.
Ən əlverişsiz şəhərlər isə Bağdad, Mərkəzi Afrika Respublikasının paytaxtı Banqui və Yəmənin paytaxtı Sanadır.
Qeyd edək ki, reytinq tərtib edilərkən yaşayış, iqtisadi, siyasi, sosial şərait, nəqliyyat, iaşə, məişət ləvazimatı, əyləncə keyfiyyəti, təhsil və səhiyyə səviyyəsi, habelə iqlim əsas götürülüb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

13 2019 22:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə